23 Noyabr 2023 11:56
1 370
12 Punto 14 Punto 16 Punto 18 Punto

“48 günlük müqavimətdən sonra ABŞ və İsrail gördülər ki, əsirlərini xilas edə və HƏMAS-ı müharibə yolu ilə məhv edə bilməyəcəklər”.

Teleqraf.com xəbər verir ki, bunu İran xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan deyib.

“Qəzzada atəşkəsin necə irəliləyəcəyini görəcəyik. Əvvəllər də dediyimiz kimi, bura bizim bölgəmizdir, heç kimlə zarafat etmirik. İsrail atəşkəs rejiminə əməl etməlidir”, - nazir bildirib.

Abdullahiyan Qəzzadakı müharibənin bölgəyə yayılacağı ilə bağlı xəbərdarlığını da təkrarlayıb:

“İsrail atəşkəs dönəmində Qəzzaya hücumlarını davam etdirsə, heç bir şey atəşkəsdən əvvəlki kimi olmayacaq. Müharibə bölgəyə yayılacaq. Bunu ABŞ və İsraili dəstəkləyən digər ölkələrə də bildirdik. Müharibənin genişləndirilməsinin tərəfdarı deyilik, amma hücumlar davam etsə, müharibə genişlənəcək”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər