Əvvəllər antisemitizmdə ittiham olunan amerikalı milyarder və ixtiraçı İlon Mask bazar ertəsi İsraildə baş nazir Binyamin Netanyahu və prezident Yitzhak Hersoq ilə görüşəcək.
Teleqraf.com xəbər verir ki, Netanyahu sentyabrın 18-də Kaliforniyada Mask ilə görüşüb və onu X-in antisemit məzmunu ilə bağlı həftələrlə davam edən mübahisələrdən sonra azad sözü qorumaq və nifrət nitqi ilə mübarizə arasında balansı saxlamağa çağırıb.
Mask cavab veribi ki, o, antisemitizmə və "nifrət və münaqişəni təşviq edən" hər şeyə qarşıdır və X-in nifrət nitqini təbliğ etməyəcəyi barədə əvvəlki ifadələrini təkrarlayır.