Ukrayna ordusu müharibənin ölkənin şərq və cənub sərhədlərini aşacağından qorxur.
Teleqraf.com xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin general-leytenantı Sergey Naev deyib.
Onun sözlərinə görə, Rusiya müttəfiqlərinin köməyi ilə silah istehsalını artırmağa və texnoloji cəhətdən təkmilləşdirməyə davam etsə, müharibə ölkənin şərq və cənub sərhədlərindən kənara da yayıla bilər.
ABŞ-ın “ABC News” talekenalı bildirir ki, Ukrayna qüvvələrinin cənubdakı əks-hücumunun indiyədək (beş aydan çox müddətdə) az uğur qazanması, ilk uğurlardan sonra müharibənin gedişayının dəyişdiyini sübut edir.
“Ruslar taktikalarını şəraitə uyğunlaşdırır, inkişaf etdirir, daha təkmil silahlardan, məsələn, “Lanset” kamikadze PUA-ları və raketlərdən daha uzaq hədəflərin vurulmasında istifadə edir”, - kanal vurğulayır.