“Amnesty International” təşkilatı Ukraynanın şərqindən müharibənin yenidən alovlanması ilə narahatlıq ifadə edən bəyanatını yayıb. Təşkilat münaqişədə iştirakçı və maraqlı olan tərəflərə müraciət edərək, Donbasda vətəndaşların həyatının təhlükəyə məruz qoymamağa çağırır.
Qurumun açıqlamasında bildirilir ki, son günlər atəşkəs rejiminin tam pozulması çoxsaylı mülki vətəndaşların, eləcə də qadınların və uşaqların həlak olmasına, yaralanması, böyük dağıntılara gətirib çıxarıb.
Teleqraf.com-un məlumatına görə, beynəlxalq hüquq müdafiə təşkilatı döyüşən tərəflərdən əhalinin sıx məskunlaşdığı ərazilərdə hərbi əməliyyatları dayandırmağı tələb edib:
“Bu hərəkətlər müharibə qanunlarının pozulmasıdır. Mülki vətəndaşlar bunu öz həyatları bahasına ödəyirlər”.
Nail Cəlil