29 Noyabr 2023 11:24
565
12 Punto 14 Punto 16 Punto 18 Punto

"SpaceX", "Tesla" və "X" sosial şəbəkəsinin sahibi İlon Mask HƏMAS-ın Qəzzaya səfər dəvətini qəbul etməyib.

Teleqraf.com xəbər verir ki, Mask bu barədə "X" sosial şəbəkəsində yazıb.

"Bu hazırda bir qədər təhlükəli görünür, lakin inanıram ki, Qəzzanın uzunmüddətli tərəqqisi bütün tərəflər üçün yaxşıdır", - o yazıb.

Xatırladaq ki, bir qədər əvvəl İlon Mask Israilin baş naziri Benyamin Netanyahu ilə birlikdə oktyabrın 7-də HƏMAS hücumuna məruz qalmış bölgəyə səfər edib.

Bundan sonra HƏMAS İlon Maskı Qəzza zolağına səfər etməyə çağırıb.

"Biz İlon Maskı Qəzza zolağına səfər etməyə çağırırıq ki, o, Qəzzada baş verənlərlə yaxından tanış olsun”, - deyə HƏMAS nümayəndəsi bildirib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər