İsrail bütün cəbhələrdə müharibə aparır.
Teleqraf.com xəbər verir ki, bunu İsrail maliyyə naziri Bezalel Smotriç bu səhər Yerusəlimdə (və ya Qüdsdə) törədilən terror aktından danışarkən deyib.
“Yerusəlimdəki qorxunc hücum bizə xatırladır ki, bizim düşmənlərimiz təkcə Qəzzadakı nasistlər deyil. Biz hər yerdə Tanrının köməyi ilə onları təqib edib məhv edəcəyik”, - nazir bildirib.
Smotriçin sözlərinə görə, İsrail bütün cəbhələrdə tam qələbəyə doğru gedir.