1 Dekabr 2023 10:13
767
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrail ordusu Qəzza zolağında və HƏMAS yaraqlılarına qarşı hərbi əməliyyatların bərpa olunduğunu açıqlayıb.

Teleqraf.com xəbər verir ki, açıqlamada Fələstin qruplaşmasının atəşkəsi pozduğu bildirilib.

“HƏMAS əməliyyat fasiləsini pozub, bundan əlavə, İsrail ərazisini atəşə tutub. Qəzza zolağından İsrail ərazisinə doğru bir neçə buraxılış aşkar edilib. Protokola uyğun olaraq buraxılışlar dayandırılmayıb”, - İsrail ordusu qeyd edir.

Yaraqlıların hərəkətləri ilə əlaqədar İsrail qüvvələri Qəzza zolağında və HƏMAS-a qarşı döyüş əməliyyatlarını bərpa etmək qərarına gəlib.

İsrail ordusu bildirib ki, qırıcılar artıq Qəzza zolağında HƏMAS-ın hədəflərinə zərbələr endirir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər