3 Dekabr 2023 22:45
1 201
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Əl-Qəssam” briqadaları (Fələstinin radikal HƏMAS hərəkatının hərbi qanadı) Qəzza şəhərində İsrail Müdafiə Ordusunun (SAXAL) əsgərlərinin olduqları minalanmış tuneli partladıblar.

Teleqraf.com xəbər verir ki, bu barədə hərəkatın hərbi qanadı məlumat yayıb.

““Əl-Qəssam” döyüşçüləri Qəzza şəhərinin Əl-Şeyx Radvan bölgəsində sionist (İsrail – red.) piyada birliyi ilə minalanmış tuneli partladıblar, bu da yaralanmalara səbəb olub”, - deyə HƏMAS-ın hərbi qanadı bəyanat yayıb.

“Əl-Qəssam” briqadasından verilən açıqlamaya görə, hərəkatın döyüşçüləri daha sonra İsrail hərbçilərini minaatanlardan atəşə tutub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər