9 Dekabr 2023 21:13
688
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vaşinqtonda ABŞ Dövlət katibi Entoni Blinkenlə Türkiyənin xarici işlər naziri Hakan Fidan görüşüb.

Teleqraf.com xəbər verir ki, bu barədə Dövlət Departamentinin sözçüsü Metyu Millerin adından yayımlanan açıqlamada bildirilir.

Qeyd olunur ki, Blinken və Fidan İsrail-Həmas münaqişəsini müzakirə edərək, problemin regionda geniş yayılmaması üçün görüləcək səylər barədə danışıblar. Onlar münaqişənin qarşısının alınmasının zəruriliyini vurğulayıb, girovların azad edilməsi və humanitar yardımın göstərilməsinə diqqət çəkiblər.

Blinken həmçinin İsveçin NATO-ya üzvlüyünün təxirə salınmadan ratifikasiya edilməsinin vacibliyini də vurğulayıb.


Müəllif: Pərvin Cəfərova

Oxşar xəbərlər