Ukrayna prezidenti Vladimir Zelenski Pentaqonun rəhbəri Lloyd Ostin və ABŞ dövlət katibi Antoni Blinkendən ölkədən qaçacağı təqdirdə onlardan dəstək istəyib.
Bu barədə MKİ-nin keçmiş analitiki Larri Conson “Redacted” YouTube kanalına müsahibəsində deyib.
“Əminəm ki, Ostin və ya Blinkenlə söhbət zamanı Zelenski onlardan zəmanət istəyib”- deyə Larri Conson bildirib.
Consonun sözlərinə görə, Ukrayna lideri vədlərdən daha artığını istəyir.
Keçmiş amerikalı kəşfiyyatçı hesab edir ki, Zelenski Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı ilə fikir ayrılığı səbəbindən çətin vəziyyətə düşüb.