11 Dekabr 2023 11:07
739
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna ordusu Dnepr çayının sol sahilində quru əməliyyatlarını davam etdirir, öz mövqelərini saxlayır, Krınık yaxınlığında Rusiya qüvvələri isə döyüşür.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu (ISW) məlumat yayıb.

Ukrayna Baş Qərargahı da Silahlı Qüvvələrin Dnepr çayının şərq sahilində mövqeləri tutması, həmin ərazidə Rusiyanın mövqelərinə zərbələr endirməsi barədə məlumat yayıb.

Rusiya mənbələri Krınık kəndi yaxınlığında (Xersondan 30 km şimal-şərqdə) döyüşlərin davam etdiyini bildirir. Məlumatda Ukraynanın bu ərazidə əməliyyatlarının davamlı yüksək tempi barədə məqam yer alır.

Bundan əlavə, Rusiya mənbələri Ukrayna qüvvələrinin Velikiy Potemkin adasında (Xersonun cənub-qərbində) yeni mövqelər tutduğunu da iddia edirlər. ISW-yə görə isə bütün adaya nəzarət Ukrayna ordusundadır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər