11 Dekabr 2023 14:56
1 121
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Yaxın Şərqdə yeni nifrət toxumları səpir. Fələstin-İsrail münaqişəsində atəşkəslə bağlı BMT sülh qətnamələrinə mane olur.

Teleqraf.com xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mao Ninq bildirib.

"BMT-nin atəşkəsə çağıran layihəsinə veto qoyulmasından təəssüflənirik və məyusuq. Münaqişənin davam etməsinə şərait yaratmaq o deməkdir ki, daha çox mülki itki olacaq və humanitar fəlakət daha da genişlənəcək. Bu, yalnız yeni nifrət toxumları səpəcək. Fələstin-İsrail münaqişəsinin kəskinləşməsindən keçən iki ay ərzində 20 minə yaxın dinc sakin həlak olub. Milyondan çox insan evlərini tərk etmək məcburiyyətində qalıb. Hərbi əməliyyatların dayandırılmasına təcili ehtiyac var. Müharibə və sülh, həyat və ölüm məsələlərini həll edərkən beynəlxalq arenada nüfuzu olan güclər müharibə alovunun söndürülməsində konstruktiv rol oynamalı və mülki əhalinin tələfatının qarşısını almaq üçün mümkün olan hər şeyi etməlidir", - Ninq vuğulayıb.


Müəllif: Əsəd Məmmədəliyev

Oxşar xəbərlər