Dekabrın 13-də ABŞ Konqresinin Nümayəndələr Palatası ABŞ prezidenti Co Baydenin impiçmenti üçün əlavə araşdırmaya icazə verən qətnaməyə səs verəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə Amerika qanunverici orqanının aşağı palatasındakı Respublikaçılar Partiyası aparatının nümayəndəsi Reuters agentliyinə bildirib.
Beləliklə, o, qanunverici Liza Makkleynin səsvermənin dekabrın 14-də keçiriləcəyi ilə bağlı bəyanatını təkzib edib.
Səsvermə ərəfəsində qətnamə Nümayəndələr Palatasının Qaydalar Komitəsində nəzərdən keçiriləcək.
Sənədi Konqresin aşağı palatasına konqresmen Kelli Armstronqun adından respublikaçı qanunvericilər təqdim ediblər.