Qəzza zolağında vəziyyət dəhşətlidir, İsrail yaşayış məntəqələrini yerlə-yeksan edir.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.
Nazir qeyd edib ki, İsrail HƏMAS-ı istənilən yolla məhv etməyə tam haqqının olduğuna inanır:
“O xəttin nəticəsinin nə olduğunu görürük. Şəhərlər yerlə-yeksan edilib, artıq 18 mindən çox dinc sakin öldürülüb, bu say günbəgün artır, onların üçdə ikisi qadın və uşaqlardır. Vəziyyət ağırdır.
Biz, o cümlədən Rusiya prezidenti əvvəldən HƏMAS-ın dinc israillilərə qarşı 7 oktyabr terror aktını pisləmişik, amma eyni zamanda, HƏMAS-a qarşı tətbiq olunmağa başlanmış, əslində mülki əhalinin ən çox əziyyət çəkdiyi üsulları məqbul hesab edə bilmərik”.