13 Dekabr 2023 20:58
2 202
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Britaniya Baş naziri Rişi Sunak görüşdüyü hollandiyalı həmkarı Mark Rutte ilə “Dauninq” küçəsində yerləşən iqamətgahına “buraxılmayıb”.

Teleqraf.com xəbər verir ki, buna səbəb qapının bağlı olması olub.

Sunak Rutte ilə görüşdü, pilləkəndə əl sıxdılar və içəri keçmək istədilər, ancaq qapı bağlı idi. Bir neçə saniyə ərzində iki ölkə liderləri iqamətgaha daxil olmaq üçün yol axtarıb, ta ki mühafizə üzlərinə qapını açana qədər.

Britaniya baş nazirinin ofisi məsələ ilə əlaqədar açıqlamasında bildirib ki, təhlükəsizlik məqsədilə giriş qapısı içəridən kilidlənib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər