ABŞ və əlaltıları postsovet məkanında Dnestryanı və digər münaqişələri qızışdırmağa, Abxaziya və Cənubi Osetiyada ikinci cəbhə açmağa çalışır.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin deyib.
“Postsovet məkanını çalxalamaq üçün ABŞ və əlaltıları Dnestryanını qızışdırmağa, Abxaziya və Cənubi Osetiyada ikinci cəbhə açmağa, Cənubi Qafqazda qeyri-sabitliyi stimullaşdırmağa və Orta Asiyada vəziyyətə təsir etmək üçün Əfqanıstan amilindən alət kimi istifadə etməyə çalışır”, - xidmət rəhbəri bildirib.
Narışkin hesab edir ki, ABŞ MDB-də sabitliyin pozulması prosesində aqressivliyini artıracaq.