ABŞ Konqresi prezidentin ölkəni NATO-dan çıxarmaq imkanını məhdudlaşdırıb.
Teleqraf.com xəbər verir ki, müvafiq bənd 2024-cü il maliyyə ili üzrə Milli Müdafiə Səlahiyyətləri Aktında (NDAA) yer alıb.
Konqresin hər iki palatası tərəfindən təsdiqlənən sənədə əsasən, ABŞ prezidenti senatorların üçdə ikisinin təsdiqi, Senatın məsləhəti və razılığı olmadan NATO-da iştirakını dayandıra və ya təşkilatdan çıxa bilməz.
Senatorların fikrincə, NATO-dan çıxışın məhdudlaşdırılması barədə təklif ABŞ-nin milli təhlükəsizliyinin əsasını təşkil edən təşkilata ölkə tərəfindən dəstəyi təsdiqləyir.
"Biz milli maraqlarımızın müdafiəsini və demokratik müttəfiqlərimizin təhlükəsizliyini təmin etməliyik", - senator Mark Rubio deyib.