Tunis Kayruan şəhərinin mərkəzində qədim divarın uçması nəticəsində azı 3 nəfər ölüb, iki nəfər yaralanıb.
Teleqraf.com xəbər verir ki, bu barədə "AFP" agentliyi xəbər verib.
Mülki Müdafiə Departamentidən bildirilib ki, tarixi məkanın bərpası zamanı divarın 30 metrlik hissəsi uçub. Bərpa işlərini aparan işçilər həlak olub. Departament nümayəndəsinin sözlərinə görə, divarın uçması Köhnə şəhər ərazisində güclü yağışlar səbəbindən baş verə bilərdi.
Eramızın 670-ci ildə əsası qoyulan Kayruan şəhəri Şimali Afrikanın müqəddəs şəhərlərindən biridir və aparıcı turistik məkandır. 1988-ci ildə YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilib.