“Vahid Rusiya” Ümumrusiya siyasi partiyasının qurultayı 2024-cü ildə keçiriləcək prezident seçkilərində hazırkı dövlət başçısı Vladimir Putinin özünün namizədliyini irəli sürməsini yekdilliklə dəstəkləyib.
Teleqraf.com xəbər verir ki, bu barədə Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində keçirilən “Rusiya” forum-sərgisində Vahid Rusiyanın 21-ci qurultayı zamanı bildirilib.
Tədbirdə cəmi 551 nümayəndədən 492-si iştirak edir.
“Yekdilliklə qəbul edilib” - deyə Partiya sədri Dmitri Medvedev qurultayın qərarını elan edib. Səsvermə açıq rejimdə keçirilib.