İran “istənilən təhlükəyə operativ və vaxtında cavab vermək üçün” şimal-şərq sərhəd bölgələrində PUA, raket və artilleriya bölmələri yerləşdirib.
Teleqraf.com xəbər verir ki, bu barədə İran quru qoşunlarının komandanı briqada generalı Kəyumərs Heydəri məlumat verib.
Onun sözlərinə görə, İranın şimal-şərq sərhədlərinə qüvvələrin yerləşdirilməsi hərbi ərazi planlamasını həyata keçirmək üçün edilir və bu plan quru qoşunlarının çatışmazlığı olan ərazilərə diqqəti yönəltmək məqsədi daşıyır.
General qeyd edib ki, ölkənin quru qoşunlarının qarşısında “İranın müstəqilliyini və ərazi bütövlüyünü qorumaq vəzifəsi” var.
Heydəri bildirib ki, bu planlaşdırma İranın sərhəd bölgələrində hansısa təhlükə zamanı qəti və vaxtında əməliyyat planının həyata keçirilməsi üçün edilir.