Amerika Birləşmiş Ştatları Yaxın Şərqdəki tərəfdaşları və müttəfiqləri ilə Yəməndəki husi üsyançılarının yaratdığı təhlükəyə qarşı beynəlxalq koalisiya qurmaq üçün çalışır.
Teleqraf.com xəbər verir ki, bunu ABŞ-nin müdafiə naziri Lloyd Ostin Təl-Əvivdə israilli həmkarı Yoav Qalantla birgə mətbuat konfransında deyib.
"Bu hücumlar təhlükəlidir və beynəlxalq hüququ pozur. Buna görə də biz bu təhlükə ilə mübarizədə beynəlxalq koalisiya yaratmaq üçün addımlar atırıq", - Pentaqon rəhbəri bildirib.
O vurğulayıb ki, husilərdən gələn təhlükə beynəlxalq problemdir və müvafiq cavab tədbirləri görülməlidir.