20 Dekabr 2023 20:38
779
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya ilə müharibəni davam etdirən Ukrayna ordusunun ciddi problemləri var.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-nin “Associated Press” agentliyi (AP) yazır.

“Karnegi” Fondunun hərbi ekspertlərinə görə, Ukrayna qüvvələri motivasiya olsa da, tükənib. Onların fikrincə, Ukrayna müdafiə qüvvələri beş aylıq yorucu əks-hücumdan sonra döyüş qabiliyyətini bərpa etməlidir.

“Rusiya ordusu oktyabr ayından bir neçə istiqamətdə təşəbbüsü ələ keçirməyə çalışır”, - məlumatda deyilir.

Britaniyalı politoloq Mark Qaleotti iddia edir ki, ukraynalıların ehtiyatları çox azdır. Ekspert xəbərdarlıq edib ki, Rusiya ordusu Ukrayna ordusunun müdafiə xətlərini yarıb keçə bilsə, rabitə, təchizat xətləri, arxa təchizat bazalarına real ziyan vura biləcək.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər