20 Dekabr 2023 23:06
503
12 Punto 14 Punto 16 Punto 18 Punto

Niger Fransanın himayəsi altında olan və fransızdilli ölkələri birləşdirən Frankofoniya Beynəlxaq Təşkilatından (FBT) xaric edilib.

Teleqraf.com xəbər verir ki, bu barədə Frankofoniya bəyanat yayıb.

Bu qərar Frankofoniya Daimi Şurasının iyul ayında dövlət çevrilişinin baş verdiyi Nigerdəki vəziyyətə həsr olunmuş onlayn iclası zamanı qəbul edilib. Təşkilat Komitəsi Niger Respublikasının Frankofoniyaya üzvlüyünün dayandırılması ilə yanaşı onun faktiki nümayəndələrinin Frankofoniya orqanlarının iclaslarında iştirakının dayandırıldığını elan edib, həmçinin bu üzv dövlətlə bilavasitə mülki əhaliyə və demokratiyanın bərpasına töhfə verənlər istisna olmaqla çoxtərəfli əməkdaşlıq dayandırılıb.

FBT həmçinin Nigerin keçmiş prezidenti Məhəmməd Bazumun azadlığa buraxılmasına və konstitusiya quruluşunun bərpasına çağırıb.

Qeyd edək ki, Frankofoniyaya üzv 88 dövlət var. Dünyada frankofonların (fransızdillilərin) sayı 321 milyon nəfərdir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər