Türkiyə və ABŞ arasında Yüksək Səviyyəli Müdafiə Qrupunun Toplantısı baş tutub.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirlikdən toplantının müsbət və konstruktiv şəraitdə keçdiyi vurğulanıb.
Qeyd olunub ki, iclas zamanı ikitərəfli müdafiə sənayesi əməkdaşlığı ilə yanaşı beynəlxalq və regional təhlükəsizlik məsələləri də müzakirə olunub.
Növbəti toplantının Türkiyədə keçirilməsi planlaşdırılır.