Qazaxıstan tərəfi Rusiya-Qazaxıstan-İran marşrutu üzrə fiber-optik rabitə xətti çəkməyi təklif edir.
Teleqraf.com xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Avrasiya İttifaqı Ali İqtisadi Şurasının geniş tərkibdə iclasında deyib.
Onun sözlərinə görə, bu, Avrasiya məkanında tranzit daşımaları üçün alternativ marşrut yaratmaqla yanaşı, qlobal səviyyədə data logistikasında Avrasiya İqtisadi İttifaqının mövqeyini əhəmiyyətli dərəcədə gücləndirəcək.