İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanla rusiyalı həmkarı Sergey Lavrov arasında telefon danışığı olub.
Teleqraf.com xəbər verir ki, bu haqda İran XİN məlumat yayıb.
Danışıq zamanı ölkələr arasında münasibətlərin cari məsələləri, eləcə də Cənubi Qafqazdakı vəziyyət müzakirə edilib.
Nazirliyin bəyanatında qeyd olunub ki, Abdullahiyan Azərbaycan və Ermənistan arasında davamlı sülh sazişinin əldə edilməsi üçün aparılan danışıqları alqışlayıb və İran İslam Respublikasının regionda sülh və sabitliyə dəstəyini vurğulayıb.