Müharibədə barışıq əldə etmək üçün Ukraynanın öz ərazilərinin bir hissəsini müvəqqəti olaraq Rusiyaya verməsi məqsədəuyğundur.
Teleqraf.com xəbər verir ki, bunu Almaniyanın Saksoniya əyalətinin baş naziri Mixael Kretşmer deyib.
“Ola bilər, atəşkəs əldə olunsun, Ukrayna əvvəlcə müəyyən ərazilərin onun üçün müvəqqəti əlçatmaz olduğunu etiraf etməli olacaq.
Ukrayna ərazisinin bir kvadratmetri belə ruslaşmayıb. Amma digər böyük müharibələrdə olduğu kimi, yekun qərarın vaxtı çatıb”, - Kretşmer bildirib.
Baş nazir qeyd edib ki, Almaniya hökuməti Ukraynaya təkcə silah verməli deyil, həm də diplomatik təşəbbüslərə əl atmalıdır, müttəfiqlərin Rusiya lideri Vladimir Putinə təsir göstərməsinə və atəşkəsə imkan yaratmasına çalışmalıdır.
“Rusiya bizim qonşumuzdur. Təhlükəli, gözlənilməz qonşudur. “Rusiyanı hərbi, siyasi və iqtisadi cəhətdən zəiflətmək və bir daha bizim üçün təhlükə yaratmaması” ideyası XIX əsrə gedib çıxan münasibətdir. Bu da gələcək münaqişələr üçün zəmin yaradır”, - Kretşmer vurğulayıb.