28 Dekabr 2023 18:58
938
12 Punto 14 Punto 16 Punto 18 Punto

Litva Prezidenti Gitanas Nauseda Rusiyanın Ukraynaya qarşı müharibəsinin uzunmüddətli və yorucu olacağını proqnozlaşdırır.

Teleqraf.com xəbər verir ki, o, Qərbin Ukrayna ordusunun əks-hücumunun müharibənin xarakterini dəyişəcəyini gözlədiyini, amma bunun baş tutmadığını etiraf edib.

“İndi bu, yenidən yorucu olacaq. Sonra hər iki tərəfin itkiləri hesablanacaq, axırda ölkələrdən birinin daha müharibəni davam etdirə bilməyəcəyi nöqtəyə çatmasını gözləyəcəklər”, - Nauseda bildirib.

Onun fikrincə, Rusiya cəbhədə təşəbbüsü ələ keçirməyə çalışacaq.

Litva lideri rus ordusunun Ukraynanın müdafiəsini yarmasının bu ölkənin məğlubiyyəti olacağı fikri ilə razılaşmır:

“Rusiya öz xalqının fikrini nəzərə almadan resursları səfərbər edə bilər. Digər dövlətin imkanları daha məhduddur. Bir daha təkrar edirəm: söhbət Ukraynanın məğlubiyyətindən getmir, müharibə ssenarisindən gedir, bu, Ukrayna üçün sərfəli deyil”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər