2023-cü ildə Ukraynadakı müharibədə Rusiya hərbçiləri arasında orta gündəlik itkilərin sayı (ölən və yaralananlar) 2022-ci illə müqayisədə gündəlik təxminən 300 nəfərə yüksəlib.
Teleqraf.com xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyinin kəşfiyyat məlumatında deyilir.
Britaniya kəşfiyyatına görə, Rusiyada yüksək ixtisaslı və təcrübəli hərbi hissələri bərpa etmək üçün 5-10 il lazım olacaq.
Gələn il belə göstəricilər davam edərsə, o zaman 2025-ci ilə qədər Rusiya üç illik müharibədə yarım milyondan çox hərbçisini (yaralanan və həlak olan) itirəcək. Əfqanıstanda 9 il davam edən müharibə zamanı SSRİ təxminən 70 000 hərbçisini itirmişdi.
Ukrayna ordusunun Baş Qərargahının məlumatına görə, 2022-ci il fevralın 24-də müharibənin başlamasından bəri 358 270 Rusiya hərbçisi həyatını itirib.