31 Dekabr 2023 16:07
24 370
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya maksimalist məqsədlərindən əl çəkmir, Ukrayna ilə ədalətli danışıqlarda maraqlı deyil.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutu (ISW) Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzinin açıqlamasında istinadla bildirib.

Qaluzin demişdi ki, Rusiya Ukraynanın neytral, nüvəsiz, demilitarizasiyası və de-nazifikasiyası zamanı nizamlanmaya razılıq verəcək.

ABŞ institutu iddia edir ki, Rusiya Ukraynanı özünümüdafiə imkanından məhrum etmək, həmçinin Kiyevdə özünə sadiq hökumət qurmaq istəyir. Qaluzinin fikrincə, Kreml Kiyevlə danışıqlardan heç vaxt imtina etməyib, amma hərbi tapşırıqları yerinə yetirməkdən başqa çarələri yoxdur.

Amerikalı analitiklər Ukraynanın Rusiyanın təklifləri ilə maraqlanmadığını bildirir. Söhbət həm də Ukraynanın işğal olunmuş ərazilərinin bir hissəsinin Rusiyaya verilməsi ilə bağlı qapalı müzakirələrdən gedir. Rusiya bu kontekstdə bəyan edir ki, Ukrayna üçün kapitulyasiyanı qəbul etmək imkanları hələ tükənməyib.

ISW rəsmi mənbələrə istinadla vurğulayır ki, Ukrayna Rusiyaya Xarkov, Nikolayev, Odessa və bəzi digər vilayətləri verəndə müharibə başa çatacaq.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər