Almaniya Kansleri Olaf Şolz Yeni il müraciətində Rusiya Prezidenti Vladimir Putin və ölkəsini hədəfə alıb.
Teleqraf.com xəbər verir ki, o, Rusiyanı COVID-19 pandemiyası ilə müqayisə edib.
“COVID-19 zəifləyən kimi Rusiya Avropanın mərkəzində amansız savaşa başladı”, - Şolz bildirib.
Bundan əlavə, Almaniya lideri Ukraynada müharibə başlayandan sonra Putinin qaz kranını bağladığını iddia edib.