31 Dekabr 2023 16:59
1 587
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Prezidenti Vladimir Putin Yeni il münasibətilə ölkə vətəndaşlarına müraciət edib.

Teleqraf.com xəbər verir ki, o, çıxışında digər məsələlərlə yanaşı, Ukraynadakı müharibədən də danışıb.

Putin Rusiyanın öz milli maraqlarını, azadlığını və təhlükəsizliyini qətiyyətlə müdafiə etdiyini söyləyib.

Kreml sahibi heç vaxt geri çəkilməyəcəklərini, Rusiyanı parçalayacaq və onun inkişafını dayandıra biləcək heç bir qüvvənin olmadığını vurğulayıb.

Putin Kremlin ənənəvi fonunda danışıb. Müraciət təxminən dörd dəqiqə çəkib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər