Ukraynanın hava hücumundan müdafiə sistemi bu qış mərmi çatışmazlığı səbəbindən Rusiya Silahlı Qüvvələrinin bütün hücumlarını dəf edə bilməyəcək.
Teleqraf.com xəbər verir ki, bu sözləri Britaniyanın Teleqraf qəzetinə müsahibəsində hərbi analitik Cimmi Raşton deyib.
Onun proqnozuna görə, ukraynalı əsgərlərin ələ keçirən raketlərin çatışmazlığı səbəbindən bəzi döyüş hədəflərinə məhəl qoymamaq ehtimalı var.
Raşton hesab edir ki, Ukrayna Silahlı Qüvvələrinin ehtiyatında olan “Patriot” zenit-raket kompleksləri üçün ələ keçirən raketlərin potensial çatışmazlığı xüsusi narahatlıq doğurur.