Nigeriyanın şimal-şərqində silahlıların hücumu nəticəsində azı 15 nəfər həlak olub.
Teleqraf.com xəbər verir ki, bu barədə Çibok Rayon İnkişaf Assosiasiyasının rəhbəri Manasşe Allen bildirib.
Məlumata görə, silahlılar Yeni il günü Borno əyalətinin iki kəndinə hücum ediblər.
Şahidlərin sözlərinə görə, onlar bir neçə yük avtomobilində olub və Nigeriya ordusunun formasını geyiniblər.
Hücuma görə radikal qruplardan heç biri məsuliyyəti öz üzərinə götürməyib