Türkiyə xarici işlər naziri Hakan Fidan iranlı həmkarı Hüseyn Əmir Abdullahiyan arasında telefon danışığı baş tutub.
Teleqraf.com xəbər verir ki,bu barədə "TRT haber" məlumat yayıb.
Telefon danışığı zamanı Fidan İranın Kirman şəhərində törədilən terror aktında həyatını itirənlərlə bağlı həmkarına başsağlığı verib.
Nazirlər İran Prezidenti İbrahim Rəisinin terror aktı ilə əlaqədar Türkiyəyə təxirə salınan səfərinin yaxın gələcəkdə baş tutmasını müzakirə edib.