Rusiya Prezidenti Vladimir Putin 2024-cü ildə bir neçə xarici ölkəyə səfər edə bilər. Dövlət başçısının onlarla ölkəyə səfərə dəvət edilib.
Teleqraf.com "Tass"a istinadla xatırladır ki, Kreml Putinin hansı ölkələrə səfər edəcəyini açıqlamasa da, onun hazırkı prezident səlahiyyət müddəti may ayında başa çatır.
Rusiya liderinin özü yaxın gələcəkdə dost ölkələrə mümkün səfərlərdən danışıb: “Bunu istisna etmirəm, amma hələlik heç nə planlaşdırmamağa çalışıram”.
Putin Braziliya, Burundi, Vyetnam, İraq, İran, Şimali Koreya, Kuba, Monqolustan, Tailand, Türkiyə, Qvineya və digər ölkələrə səfər etmək üçün dəvət alıb.
Putinin Belarus, Tacikistan və Özbəkistana səfəri gözlənilir. Rusiya başçısı Ermənistana da səfər edə bilər. Belə ki, İrəvan 2024-cü ildə Avrasiya İqtisadi İttifaqına sədrlik edir, lakin “beşlik” liderlərinin qərarı ilə may ayında Moskvada assosiasiyanın onuncu yubiley sammiti keçiriləcək.