7 Yanvar 10:46
1 575
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyəni dayandırmaq, mövcud rəhbərliyin əzmini qırmaq üçün var gücləri ilə hücuma keçəcəklər.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyə ordusunun təqaüdçü generalı, hərbi ekspert Əsəd Arslan deyib.

Qərbin İsrailə dəstək üçün Aralıq dənizi və körfəzə göndərdiyi gəmilər və canlı qüvvələrinə diqqət çəkən general İranda baş verən partlayışların təsadüf olmadığını bildirib:

“HƏMAS-ın ikinci adamı Saleh Arurinin Livanda, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) generalının Suriyada öldürülməsi savaşın müxtəlif coğrafiyalara yayılacağının ən bariz göstəriciləridir. Hazır plan çərçivəsində gərginlik artırılır. Netanyahu dənizdə qurulan qalxanı və toplanmış hərbi gücü fürsət olaraq görür. Bu qüvvə münaqişə zonasını parçalanmadan genişləndirmək istəyir. Əsas hədəfləri Livan və Suriyanın Qolan bölgəsidir. Bunu İraqa daşımaq da planlarında daxildir”.

Yəmən, Livan, Suriya, Misir, İordaniya, İraq, İran və körfəz blokunun bu gəlişmələrdən ciddi şəkildə təsirlənəcəyini söyləyən Əsəd Arslan artıq regional münaqişənin əlamətlərinin görünməyə başladığını iddia edir:

“Regionda yeni münaqişə zonalarının yaranması qaçılmazdır. Çünki İŞİD faktoru yenidən meydana gətirilir. PKK və “Həşdi Şabi” kimi ünsürlər artıq aktivdir. Benni Qantzın (İsrailin sabiq müdafiə naziri) açıqladığı kimi, Qəzza yalnız başlanğıcdır. İsrail bildirir ki, Qəzza ilə kifayətlənməyəcək”.

General Türkiyə Silahlı Qüvvələrinin Şimali İraqdakı bazalarına edilən hücumlara da toxunub:

“Hədəf Türkiyədir. Türkiyəni yıxmaq üçün hər alətdən istifadə edirlər. MOSSAD casuslarına qarşı əməliyyat çox vacibdir. Onlar qarşıdan gələn seçkilərdən maksimum yararlanacaqlar. Terror, kəşfiyyat, siyasət, qaçqın məsələsi və iqtisadiyyat da daxil olmaqla Türkiyəni dayandırmaq, mövcud rəhbərliyin əzmini qırmaq üçün var gücləri ilə hücuma keçəcəklər. Çünki Türkiyəni ən böyük təhlükə olaraq görürlər. Türkiyə birliyini qorusa, bu böhrandan daha güclü çıxa bilər”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər