Gürcü tarixçisi Georgi Kandelaki Tiflisdəki Tsminda Sameba kilsəsində keçmiş SSRİ lideri İosif Stalinin təsviri olan ikonanın peyda olduğunu açıqlayıb.
Teleqraf.com xəbər verir ki, tarixçi Stalini “Gürcüstanın müstəqilliyinin məhv edilməsinin təşəbbüskarı” adlandırıb, onu din adamlarını repressiyaya məruz qoymaqda ittiham edib.
Kandelakinin sözlərinə görə, SSRİ diktatorunun ikonasının kilsədə peyda olması Rusiyanın informasiya maşınının uğurudur.
“Rusiya informasiya maşınının daha bir uğuru. Artıq diqqət yetirmək lazımdır”, - tarixçi deyib.