8 Yanvar 19:15
1 051
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ dövlət katibi Entoni Blinken Əbu-Dabidə Birləşmiş Ərəb Əmirlikləri Prezidenti Məhəmməd Bin Zayedlə görüşü barədə açıqlama verib.

Teleqraf.com xəbər verir ki, o, bu barədə X sosial şəbəkəsində yazıb.

Blinken İsrail-HƏMAS müharibəsinin bölgəyə yayılmasını istəmədiklərini iddia edib. Eyni zamanda, müstəqil Fələstini istədiklərini və Qəzzaya yardımın davam etməsinin lazım olduğunu bildirib.

“Regionda münaqişənin genişlənməsinin qarşısını almaq və Qəzzada humanitar ehtiyacları qarşılamaq səylərini müzakirə etmək üçün Əbu-Dabidə əmirliyin Prezidenti Məhəmməd bin Zayedlə görüşdüm. Müstəqil Fələstin dövlətinin qurulması ilə bağlı qərarlılığımızı vurğuladım”, - Blinken bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər