NATO və Avropa Birliyinin Rusiya-Ukrayna müharibə ilə bağlı mübarizə ideyası və ya strategiyası yoxdur.
Teleqraf.com xəbər verir ki, bunu Polşa Quru Qoşunlarının keçmiş komandanı, general Valdemar Skşipçak deyib.
"Vladimir Putin bundan məmnundur, çünki hazırda hibrid hücuma məhz o rəhbərlik edir. Putin bilir ki, birlik olmadan Kremlə zərər verə, ən azı onu qorxuda biləcək heç bir şey edə bilməyəcəyik. Təəssüf ki, Rusiya ordusu irəlilədikcə, Ukraynaya dəstək səsləri zəifləyir. Bu, cəbhədə döyüşən qoşunlar üçün mümkün olan ən pis ssenaridir", - general vurğulayıb.