9 Yanvar 18:39
655
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hakim “Gürcü Arzusu” Partiyasının təsisçisi və fəxri sədri, sabiq baş nazir Bidzina İvanişvili partiyanın yenilənmiş nizamnaməsinə əsasən, ölkənin baş naziri vəzifəsinə namizəd irəli sürmək səlahiyyətini alıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Gürcüstan mətbuatı məlumat yayıb.

Yeni nizamnaməyə əsasən, Siyasi Şura partiyanın fəxri sədrinin təqdimatı ilə Gürcüstanın baş nazirinin namizədliyini təsdiq edir.

Bundan başqa, partiyanın fəxri sədrinin və ya Siyasi Şuranın qərarı ilə partiyanın növbədənkənar qurultayı da çağırıla bilər. Sənəddə o da qeyd olunur ki, Siyasi Şura partiyanın fəxri sədri və partiya qurultayında seçilən 15 üzvdən ibarətdir.

“Gürcü Arzusu” ötən ilin son günlərində Gürcüstanın sabiq baş nazirinin siyasətə qayıtdığı açıqlanıb. O, bu partiyanın Siyasi Şurasının yeni sədri seçilib.

İvanişvili 2011-ci ildən siyasətlə məşğuldur. 2012-ci il oktyabrın 1-də keçirilən parlament seçkilərində onun rəhbərlik etdiyi “Gürcü Arzusu” bloku qalib gəlib. İvanişvilinin Gürcüstan hökumətini pərdə arxasından (“Boz kardinal”) idarə etdiyi, açıq siyasətə yeni planla qayıtdığı ehtimal olunur.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər