Avropa Şurasının hazırkı baş katibi, Xorvatiya nümayəndəsi Mariya Peyçinoviç-Buriç ikinci müddətə tutduğu postda qalmamaq qərarına gəlib.
Teleqraf.com xəbər verir ki, AŞPA-nın yay sessiyasında seçiləcək qurumun yeni baş katibi oktyabrda işə başlamalıdır.
Yanvarın 10-da Avropa Şurasına üzv dövlətlər tərəfindən bu vəzifəyə namizədlərin təqdim edilməsi üçün son tarix başa çatıb.
AŞ-ın Nazirlər Komitəsində üç namizəd qeydə alınıb: estoniyalı siyasətçi və aktyor, keçmiş mədəniyyət naziri İndrek Saar, Avropa Komissiyasının komissarı Didye Reynders, isveçrəli siyasətçi Alan Berset. Sonuncu 2023-cü ilə qədər İsveçrənin prezidenti olub.