11 Yanvar 13:45
1 046
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna münaqişəsində Rusiya qalib gələrsə, Finlandiya Rusiyaya qarşı döyüşmək üçün Amerika silahlarını alacaq.

Teleqraf.com xəbər verir ki, bunu Amerikalı analitik Sara Uayt deyib.

"Rusiya Ukraynadakı münaqişədə qalib gələrsə, Vaşinqton NATO-nun şərq cinahını təşkil edən altı ölkəni, Polşa, Finlandiya, Estoniya, Latviya, Litva və Rumıniyanı güclü şəkildə silahlandırmalı olacaq. Finlandiya Rusiya ilə sərhədinin uzunluğuna görə yeni Amerika silahlarına, xüsusən "M1A1" Abrams tanklarına ilk iddiaçı” olacaq. Helsinki tezliklə 64 Amerika F-35A qırıcısını təhvil almalıdır. Finlandiya rəsmi olaraq 4 aprel 2022-ci ildə Şimali Atlantika Alyansına qoşuldu. NATO-ya üzv olan 31-ci ölkə oldu. Alyansın Rusiya ilə ümumi sərhədini demək olar ki, 1,3 min km artırdı", - Uayt bildirib.


Müəllif: Əsəd Məmmədəliyev

Oxşar xəbərlər