11 Yanvar 23:36
691
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransada yeni hökumətin tərkibi elan edilib.

Teleqraf.com xəbər verir ki, hökumətə Qabriel Attal rəhbərlik edəcək.

Daxili işlər naziri postuna Jerar Darmanin gətirilib.

Maliyyə və iqtisadiyyat naziri Brüno lö Mer seçilib.

Keçmiş ədliyyə naziri Raşida Dati isə mədəniyyət naziri postunu tutub.

Stefan Sejurne Avropa və Xarici işlər nazirliyinə rəhbər təyin edilib.

Sebastian Lekornü isə müdafiə naziri postunu tutub.

Hökumətin yeni tərkibdə ilk iclası 12 yanvar saat 11.00-da (Bakı vaxtı ilə 14.00) keçiriləcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər