17 Yanvar 10:53
763
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya ordusu gecə saatlarında Ukrayna ərazisini İran PUA-ları (“Şahid”) ilə hədəfə alıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələri məlumat yayıb.

Ümumilikdə gecə boyu Rusiya ərazisindən 20 ədəd “Şahid” tipli hücum dronu buraxılıb. Ukrayna hərbi aviasiyasının qüvvə və vasitələri 19 PUA-nı məhv edib.

Rusiyanın Primorsk-Axtarsk və Belqorod bölgələrindən Xarkov vilayətinə iki dəfə S-300 zenit-raket kompleksindən zərbə endirildiyi də açıqlanıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər