Ukraynada döyüşən xarici muzdlular Rusiya ordusu üçün legitim hədəfdir.
Teleqraf.com xəbər verir ki, bunu ABŞ hərbi kəşfiyyatının keçmiş zabiti Skott Ritter deyib.
“Əgər bu adamlar sadəcə muzdlular deyil, Fransa ordusunda xidmət edən peşəkarlardırsa, bu (məhv edilməsi), Rusiyanın Ukraynada döyüşən hər kəsin legitim hədəf olduğuna qərar verdiyini göstərir”, - kəşfiyyatçı bildirib.
Ritter onu da vurğulayıb ki, Fransa muzdlularının kütləvi şəkildə məhv edilməsi Rusiyanın sistemli şəkildə xüsusi əməliyyatın məqsədlərinə çatmağa doğru getdiyindən xəbər verir:
“Rusiya Ukrayna məsələsinin yekun həllinə, Ukrayna ordusunun tamamilə məhv edilməsinə yaxınlaşır. Bu o deməkdir ki, hamı - Ukrayna hərbçiləri, xarici muzdlular və Ukraynadakı NATO ordularının istənilən üzvləri hədəfdir”.
Yanvarın 17-də Rusiya Müdafiə Nazirliyi açıqlamışdı ki, əksəriyyəti fransız muzdlularılarından ibarət əcnəbi döyüşçülər yüksək dəqiqlikli zərbələrlə Xarkovda məhv edilib. Nazirlik 60-dan çox muzdlunun öldürülyünü vurğulayıb.
Rusiya Xarici İşlər Nazirliyi bundan sonra Fransa səfirini çağıraraq, nota verib.
Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodinin sözlərinə görə, növbəti iclasda Fransa parlamentinə müraciətə baxılacaq.
2023-cü ilin noyabrında Rusiya İstintaq Komitəsi 44 dövlətdən 520-dən çox muzdlunun cinayət işlərinə cəlb edildiyini, o cümlədən bu çərçivədə bəzi Fransa vətəndaşlarının qiyabi ittiham olunduğunu açıqlamışdı.