Bosfor boğazından gəmilərin tranzitini müvəqqəti bağlayan Rusiyadan gələn tanker yedəyə alınıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə Sahil Mühafizəsinin Baş İdarəsi məlumat yayıb.
“Peria” gəmisi İstanbuldakı Küçükçekmece estakadasına aparılıb”, - deyə məlumatda bildirib.
Qeyd edilib ki, hazırda Bosfor boğazından gəmilərin keçidi bərpa olunub.
Daha əvvəl bildirilib ki, tankerin lövbəri Bosfor boğazından keçərkən sıradan çıxıb. Nəticədə boğaz gəmilərin keçidi üçün bağlanıb.