Rusiya Kommunist Partiyası Mərkəzi Komitəsinin rəhbəri Sergey Malinkoviç Liberal Demokrat Partiyasının lideri Leonid Slutskinin keçmiş SSRİ-nin lideri Vladimir Leninin dəfn edilməsi təklifinə görə deputat mandatından məhrum edilməsini tələb edərək, Dövlət Dumasına müraciət edəcəyini açıqlayıb.
Teleqraf.com xəbər verir ki, o, həmkarını məsuliyyətsizlikdə ittiham edib.
“Partiya Lenini yenidən dəfn etmək təklifi ilə cəmiyyətdə parçalanma yaratdığına görə Slutskinin mandatdan məhrum edilməsi üçün cənab Volodinə ünvanlanmış sorğunu Rusiya Dövlət Dumasına da göndərəcək”, - Malinkoviç bildirib.
O hesab edir ki, belə təkliflər Ukraynada xüsusi əməliyyat zamanı cəmiyyətin konsolidasiyası ilə ziddiyyət təşkil edir.
Malinkoviç Slutskini “deputat statusunu həmişəlik itirməli olan məsuliyyətsiz siyasətçi” adlandırıb.
Slutski bundan əvvəl Leninin anasının yanında dəfn edilməsini təklif edib. Siyasətçi bunun vaxtının çatdığını söyləyib.
SSRİ-nin qurucusu Vladimir Leninin mumiyalanmış cəsədi Moskvada mavzoleydə saxlanılır.