ABŞ-nin keçmiş prezidenti Donald Trampın Ukraynadakı münaqişəni necə həll etmək niyyətində olmasına dair təsəvvürümüz yoxdur.
Teleqraf.com xəbər verir ki, bunu Kremlin rəsmi sözçüsü Dmitri Peskov deyib.
Onun sözlərinə görə, rusiyalı diplomatlar bu məsələ ilə bağlı Trampla təmasda olmayıb: “Bunun necə həyata keçə biləcəyinə dair təsəvvürümüz yoxdur. Bu məsələ ilə bağlı heç bir təmas olmayıb”.
Xatırladaq ki, D.Tramp Nyu-Hempşir ştatında tərəfdarları qarşısında çıxış edərkən Rusiya-Ukrayna münaqişəsinin başa çatmasına dair şərtləri açıqlayıb.
Qeyd edək ki, Tramp daha əvvəl də prezident seçiləcəyi təqdirdə Rusiya-Ukrayna müharibəsini 24 saat ərzində dayandıra biləcəyi barədə açıqlamalar verib.