23 Yanvar 11:36
688
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın xarici işlər naziri Sergey Lavrov və İranlı həmkarı Hüseyn Əmir Abdullahiyan Qəzza zolağında tezliklə atəşkəsin əldə olunması haqda danışıb. Qırmızı dənizdəki gərgin vəziyyətdən narahat olduqlarını bildiriblər.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

"XİN başçıları Qəzza zolağında tezliklə atəşkəsin əldə olunması və sakinlərə humanitar yardımın göstərilməsi üçün şəraitin təmin edilməsinin tərəfdarı olduqlarını vurğulayıblar. ABŞ və onlara qoşulmuş bir sıra dövlətlərin Yəmənə qarşı məsuliyyətsiz hərəkətləri nəticəsində Qırmızı dənizdəki gərgin vəziyyətlə bağlı ümumi narahatlıq ifadə olunub. Tərəflər Rusiya-İran münasibətlərinin fundamental prinsiplərinə və BMT Nizamnaməsinə, o cümlədən daxili işlərə qarışmamaq, suverenliyə qarşılıqlı hörmət, eləcə də bütövlükdə bir-birinin ərazi bütövlüyünə sadiqliklərini təsdiqləyiblər", - deyə qeyd olunub.


Müəllif: Əsəd Məmmədəliyev

Oxşar xəbərlər